RU

Azərbaycan Memarlıq və İnşaat Universiteti publik hüquqi şəxsə çevrilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti publik hüquqi şəxsə çevrilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Memarlıq və İnşaat Universiteti Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Memarlıq və İnşaat Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilir. Həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nizamnaməsi təsdiq edilib.

Elm və Təhsil Nazirliyinə bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
6
xalqqazeti.az

10Источники