RU

BƏYANAT: Fransa antidemokratik hiyləgərliklərə əl atır

Bu gün, 11:13



Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab Bəyanatı verib.AvroMedia.az bəyanatı təqdim edir:Fransanın Baş naziri hələ öz hökumətini formalaşdırmasa da, istefaya gedən daxili işlər nazirinin addımları və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı həyəcan xəbərdarlıqları heç kəsi çaşdırmır.Hökumətin növbəti addımı, şübhəsiz ki, “Fransa vətəndaşlarına” sözügedən ölkəni ziyarət etməyi tamamilə qadağan etmək olacaq. Bu qərar “insan hüquqları” və “insan və malların sərbəst hərəkəti” ilə ziddiyyət təşkil edir və tamamilə qeyri-qanuni olacaq. Fransa Dövlətinin addımlarının yalnız bir məqsədi var: Bakı Təşəbbüs Qrupunun Birləşmiş Millətlər Təşkilatı çərçivəsində ona Qoşulmama Hərəkatı tərəfindən verilmiş mandatı yerinə yetirməyə davam etməsinə yol verməmək. Bakı Təşəbbüs Qrupunun missiyası dünyada kolonializmə son qoymayqdır.Fransa beynəlxalq səviyyədə imicinin pisləşdəyini yaxşı anlayır – bunun kökündə Bakı Təşəbbüs Qrupunun təşkilata üzv olan ölkələrin ərazilərinin “insan hüquqları ölkəsi” (Fransa) tərəfindən necə zəbt edildiyini və yerli xalqlara qarşı necə davrandığını və bu gün də davranmağa davam etdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması durur. Kanaky-nin (Yeni Kaledoniya) cari vəziyyəti bunun ən yaxşı nümunəsidir.Fransa əsarəti altında olan son koloniyalardakı təşkilatların Azadlıq Cəbhəsi koloniyalarını qorumaq üçün ən kobud və antidemokratik hiyləgərliklərə əl atmaqdan çəkinməyən və siyasi tənəzzüldə olan bir ölkənin bu üsullarına qarşı üsyan edir. Burada məqsəd varlığını davam etdirməyə imkan verən maraqlarını saxlamaqla böyük dəniz güclərinin hit-paradında yerini qorumaqdır.скачать dle 12.1

Избранный
6
avromedia.az

1Источники