ABŞ sahillərinə daha bir güclü qasırğa yaxınlaşır. SİA-nın məlumatına görə, Meksika körfəzində formalaşan tropik fırtınanın sentyabrın 11-də ABŞ sahillərinə yaxınlaşan zaman birinci dərəcəli qasırğaya çevriləcəyi proqnoz edilir. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, Luiziana sahillərində “Fransin” qasırğası 137 km/saat sürətə malik olacaq.ABŞ-ın neft şirkətləri “Fransin” qasırğasına görə qazma işlərini dayandıraraq işçilərini evakuasiya edir. Qasırğanın ABŞ körfəzi sahillərində hasilatı pozacağına dair narahatlıqlar səbəbi ilə neft qiymətləri bazar ertəsi təxminən 1 faiz bahalaşıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта