RU

"Sharp" böyük televizoru olan elektrikli furqon hazırlayır

Yapon elektronika istehsalçısı "Sharp" Tayvanın texnologiya nəhəngi "Foxconn" ilə birlikdə öz elektrik minivenini hazırlayır.

hakimiyyet.az xəbər verir ki, bu barədə auto.ru məlumat yayıb.

"Sharp LDK+" konsepti indiyə qədər yalnız kompüter renderlərində təqdim olunub. Onun fərqləndirici xüsusiyyətlərinə qeyri-adi dizayn və 65 düymlük ekrana malik televizoru olan qonaq otağı üslubunda interyeri daxildir.

Sərnişin salonunun konsepsiyası evdəki qonaq otağından minimal dərəcədə fərqlənir. Burada 180 dərəcə fırlanan divanlar quraşdırılıb. Salonda qatlanan masa və böyük ekran da var.

Bildirilir ki, avtomobil mikroiqlim və işıqlandırmanı avtomatik olaraq sərnişinlərin seçiminə uyğunlaşdıran süni intellektlə təchiz edilib. Yan pəncərələr işıq ötürülməsinin dəyişkən dərəcəsinə malikdir. Enerji həm şarj stansiyasından, həm də damdakı günəş panellərindən istifadə etməklə doldurula bilər.

"Sharp LDK+"un xüsusiyyətləri haqqında hələ heç nə məlum deyil. Layihə ilkin mərhələdədir. Konsept bir həftə sonra Tokioda keçiriləcək "Sharp Tech-Day" sərgisi çərçivəsində ictimaiyyətə nümayiş etdiriləcək.

Избранный
212
3
hakimiyyet.az

10Источники