RU

Gecə saatlarında İsmayıllıda dördotaqlı ev külə döndü - VİDEO

Bu gecə İsmayıllı rayonunun Qalınçaq kəndində yanğın hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyinin ərazi nümayəndəliyi yayıb.

Məlumatda bildirilir ki, yanğın gecə saat 2 radələrində baş verib. Saat 04:22-də söndürülüb.

"Yanğın nəticəsində 1991-ci il təvəllüdlü Nuran Baloğlan oğlu Hacıyevə məxsus ümumi sahəsi 200 kvadratmetr olan kürsülü, birmərtəbəli, dördotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsinə üç maşın və 14 nəfərlik şəxsi heyət cəlb olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir.


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
4
bizim.media

5Источники