RU

28 yaşında ölən hamilə qadın üç uşaq anası imiş - Yenilənib

Gədəbəydə hamilə qadın ölüb.

“Qafqazinfo”nun məlumatına görə, 1996-cı il təvəllüdlü N.Abdullayeva ağır halda xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.

Qadının ölüm səbəbi araşdırılır.

***

Oxu.Az-ın məlumatına görə, Gədəbəyin Çobankənd kənd sakini 1996-cı il təvəllüdlü Nisə Abdullayeva qanaxma səbəbindən yaşadığı evdə vəfat edib.

3 uşaq anası olan qadının 24 həftəlik hamilə olduğu bildirilib.

Qeyd olunub ki, Perinatal Mərkəzə qadının cansız bədəni gətirilib.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən bildirilib ki, sentyabrın 10-da tarixində saat 10:30-da 1996-cı il təvəllüdlü qadın yaxınları tərəfindən xəstəxanaya gətirilərkən həkiməqədər ölümü baş verib.

Yunis Quliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
10
qafqazinfo.az

10Источники