RU

Ortaq türk əlifbası 34 hərfdən ibarət olacaq

Ortaq türk əlifbası 34 hərfdən ibarət olacaq, Türk Dünyası Ortaq Əlifba Komissiyası belə qərara gəlib.

Komissiya bir müddətdir ortaq türk əlifbası üzərində çalışır.

Bəzi türk xalqlarında hansısa səs yoxdursa, onun işarəsi əlifbaya daxil edilməyəcək, Komissiyanın üzvü Nizami Cəfərov BBC-yə deyib.

"Ancaq hansı səs varsa, onun işarəsi bütün türk xalqlarında eyni olacaq. A səsi varsa, işarə A olacaq", - o vurğulayıb.

Nizami Cəfərov deyib ki, ortaq türk əlifbasını yaratmaqda bəzi problemlər olub, məsələn, hamıda eyni səs olsa da, işarəsi müxtəlif kiril hərfləridir, - o vurğulayıb.

Ortaq türk əlifbası latın qrafikasında olacaq.

Nizami Cəfərov deyib ki, Azərbaycan əlifbası dəyişməyəcək, olduğu kimi qalacaq.

O bildirib ki, bütün türk xalqlarının latın qrafikasında yazıb-oxuması dünya mədəniyyətinə inteqrasiya deməkdir.

Videonu Youtube-dan izləyin.

Избранный
139
bbc.com

1Источники