RU

Aygün Əliyeva: Milli prioritetlərdən biri də ekoloji problemlərin həlli məsələsidir

Aygün Əliyeva: Milli prioritetlərdən biri də ekoloji problemlərin həlli məsələsidir

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri də ekoloji problemlərin həll edilməsi məsələsidir. Bu istiqamətdə təbiətimizin tullantılardan azad olunması xüsusi önəm kəsb edir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirələr zamanı deyib.

İcraçı direktor bildirib ki, uzun illər Qarabağda, Şərqi Zəngəzurda Ermənistanın işğalı nəticəsində törədilən ekosid narahatlıq doğurur. Son zamanlar vətəndaşlar tərəfindən həmin bölgələrdə təbiətin çirkləndirilməsi, tullantıların yerə atılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılır.

İctimai qınağın vacibliyinə diqqət çəkən A.Əliyeva bu işdə QHT-in fəal olmasının önəminə toxunub. İcraçı direktor tullantıların idarə edilməsi ilə bağlı videoçarxların televiziya kanallarında nümayiş etdirilməsi məsələsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi göstərməyə hazır olduğunu qeyd edərək vurğulayıb ki, bu videoçarxların səviyyəsi standartlara cavab verməlidir.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
4
ilk.az

5Источники