Klassik Xalq Cəbhəsi Partiyası sentyabrın 15-də mühüm qərar verəcək.
Bunu Qaynarinfo.az-a açıqlamasında sözügedən partiyanın sədri Mirmahmud Mirəlioğlu deyib.
Sədr bildirib ki, istəlinən seçki kampaniyasından sonra uğur və uğursuzluğa görə atılan addımlar normal cəmiyyətdə təbii qarşılanmalıdır: "Bütün məsələlərlə bağlı məsuliyyəti birinci şəxs - sədr daşıyır. Bu A variantımızdır. Təbii ki, istefa vermək, özü də istəlinən yerdə və istəlinən zamanda mümkündür".
M.Mirəlioğlu qeyd edib ki, bu prosesdə ciddi bir məsələ var: "Bizim əvəzimizdən düşünən, bizim əvəzimizdən təkliflər irəli sürən adamlar və istəklər var. Bu arzu və istəklər çox zaman reallığa uyğun olmur".
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn istefa verəcəyini deyib. Ötən gün isə REAL Partiyasının sədri İlqar Məmmədov istefa verdiyini bəyan edib.