Microsoft-un qurucusu amerikalı milyarder Bill Qeyts CNBC Make It-ə verdiyi son açıqlamada ən çox qorxduğu iki mümkün fəlakətdən danışıb.
"İndiki dünyada həddən artıq iğtişaşlar böyük müharibəyə səbəb ola bilər" deyən Geyts əlavə edib: "Əgər biz böyük müharibədən qaçsaq, yəqin ki, növbəti 25 ildə daha bir pandemiya olacaq".
"Cebheinfo.az" News24.az-a istinadən xəbər verir ki, ABŞ-ı da tənqid edən Qeyts, "Dünyanın liderlik etməsini və model olmasını gözlədiyi ölkə bu gözləntilərin gerisində qaldı" deyib.
Qeyd edək ki, Geyts 2022-ci ildə "Növbəti Pandemiyanın qarşısını necə ala bilərik" adlı kitab yazıb və hökumətlərə 2020-ci ildə kifayət qədər hazırlıqlı olmadıqları barədə xəbərdarlıq edib.
"Cebheinfo.az"