RU

Pensiya artımı ilə bağlı qanun parlamentdən keçmədi

Argentinanda pensiyaların artırılması ilə bağlı qanun layihəsi konqresdən keçə bilməyib.

"Cebheinfo.az" xəbər verir ki, Prezident Xavyer Mileinin qanun layihəsinə veto qərarı təsdiqlənib.

Qərar verildikdən sonra təqaüdçülər etiraz üçün küçələrə axışıblar.

Təqaüdçülər və həmkarlar ittifaqı üzvləri qurultay qarşısında etiraz aksiyası keçirərək barrikadaları dağıdıblar. Nümayişçilər ilə polis arasında toqquşma baş verib.

Aksiya iştirakçılarından biri jurnalistlərə açıqlamasında belə deyib:

"Təqaüdçüyəm, pul heç nəyə çatmır. 2 kilo ət, günlük çörək alanda bitir. Siyasətçilər ayda 10 min dollar alırlar. Bu, qətiyyən ədalətli deyil".

Prezident Xavyer Miley maliyyə balansına zərər verə biləcəyindən narahat olduğu üçün təqaüdçülərə maaş artımının verilməsinə qarşı olub.

Argentinada hökumət büdcə kəsiri və yüksək inflyasiya ilə mübarizə aparmaq üçün sərt qənaət siyasəti həyata keçirməyə çalışır. Ölkədə illik inflyasiya 240 faizə çatır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
cebheinfo.az

1Источники