Yevlaxda tanışını öldürməkdə təqsirləndirilən Tahir Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Xaliq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 2004-cü il təvəllüdlü Tahir Abdullayev Yevlax rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğluna kəsici-deşici alətlə xəsarət yetirərək onu qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə