“Fənərbağça” Filip Kostiçdən sonra “Yuventus”un daha bir futbolçusunu heyətinə qatmaq istəyir.
Futbolpress.az xəbər verir ki, İstanbul klubu yarımmüdafiəçi Artur Melo üçün danışıqlara başlayıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Arturun “transfermarkt”da dəyəri 15 milyon avrodur. O, ötən mövsüm 48 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.
“Fənərbağça” bundan əvvəl “qoca sinyora”dan cinah oyunçusu Filip Kostiçi bir illik icarəyə götürüb.