RU

Xalq artisti: Zeynəb Xanlarovadan mənə şikayət edirdilər

"Mən Asəf Zeynallı adına Musiqi məktəbində müəllim işləyəndə Zeynəb Xanlarova orada tələbə idi. İndi heç bir münasibətim yoxdur. Nə münasibət qalacaqdı?"

Publika.az moderator.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Ceyran Haşımova deyib.

O daha sonra əlavə edib: "Şöbə müdiri idim. Tələbələr Zeynəbdən gəlib mənə şikayət də edirdilər. Yanıma çağırıb başa salırdım ki, belə olmaz. Amma heç kimin yadına düşmürəm! Onlar məni yada salmalıdırlar da! Yada salmırlar.

90 yaşım var. Heç kimdən də incimirəm. Hər kəsin öz problemləri var. Vəfasızları da var, vəfalıları da! Elələri var ki, heç mən adda adam tanımırr. Müğənniləri dənizə atsanız, balıqlar baş vurub ordan çıxar. Onların 90 faizi vəfasızdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
13
publika.az

10Источники