RU

Hamilə qadınların vəfat etməsinin səbəbi?

Bir neçə gün əvvəl Gədəbəy rayonunda  hamilə qadın naməlum səbəbdən dünyasını dəyişib.

Qeyd edək ki, son zamanlar bu kimi hadisələr artıb. Hamilə qadınların ölümü niyə çoxalıb? Buna səbəb nədir? Hər bir hamilə qadına həkim nəzarət etmirmi? 

Ginekoloqa həkim Aidə Süleymanova Hit.az-a şərhində deyib ki, hamilə qadınların vəfat etməsinin səbəbi onların bu prosesə, öz həyatlarına biganə yanaşması ilə bağlıdır. Vaxtlı vaxtında həkimə getsələr hamilə qadın sağlamlığında nə kimi risklərin olduğunu bilər:

“Hamiləlik dövründə hipertonik pozğunluqlar əsas patologiyalardan biridir. Biz tez-tez hamilələrdə bu problemə rast gəlirik. Doğuşa qədərki dövrdə və xüsusilə hamiləliyin ilk 12 ayı ərzində bütün qadınlar mütləq ultrasəs müayinəsindən keçməlidirlər. Bu müddət ərzində dölün inkişafında yaranan patologiyaların qarşısını almaq və zəruri olduqda qadının razılığı ilə hamiləliyi dayandırmaq mümkündür. Dölün həyat qabiliyyətli olmamasına səbəb olan patologiyalar aşkarlandıqda, hamiləliyi onun istənilən həftəsində başa çatdırmaq mümkündür. Bəzən elə hallar olur ki, ana heç nəyə, eləcə də bətnində uşağın inkişafında anormallığın olmasına baxmayaraq, onu doğmaqda israr edir”.

Sevinc

Избранный
96
hit.az

1Источники