RU

O görüntülər səsvermə məntəqələrindən kənarda çəkilib

31 saylı Suraxanı ikinci seçki dairəsindən namizəd, Müsavat Partiyasının üzvü Ərzulla Bulud da seçki məntəqələrində qanun pozuntularının olması ilə bağlı MSK-ya müraciət edib.

Bakupost.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə Komissiyanın bu gün keçirilən iclasında MSK-nın ekspert üzvü İlkin Şahbazov məlumat verib.

Şikayətçi tərəfindən materiala 14 videogörüntü əlavə edilib. Şikayətçi özü də etiraf edib ki, videogörüntüləri səsvermə günü məntəqələrdə çəkə bilməyib.

Yəni görüntülər səsvermə məntəqələrindən kənarda çəkilib. Bu isə qanun pozuntularının olmasına dair əsaslandırma deyil. Beləliklə, Ərzulla Buludun şikayəti təmin edilməyib. Təklif səsə qoyularaq qəbul edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
2
bakupost.az

3Источники