RU

Litva hər il Ukraynaya 190 milyon avro həcmində yardım göstərəcək

“Hazırda Ukraynaya göstərdiyimiz dəstək 1,5 milyard avro təşkil edir ki, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 2 faizi həcmindədir”.

APA-nın məlumatına görə, bunu Litva Prezidenti Gitanas Nauseda “X” hesabında yazıb.

Nausedanın sözlərinə görə, həmin məbləğin 647 milyon avrosu hərbi məqsədlərə yönəldilib.

Litva dövlət başçısı ölkəsinin hər il Ukraynaya ÜDM-in 0,25 faizi, başqa sözlə desək, 190 milyon avro həcmində yardım göstərəcəyini də vurğulayıb.

O, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşünü xatırladıb və bildirib ki, ölkəsi qələbəyədək Ukraynanın yanında olacaq.

Избранный
51
2
apa.az

3Источники