Hazırda Mərkəzi Seçki Komissiyasının icraatında növbədənkənar parlament seçkiləri ilə əlaqədar 20 müraciət var.
Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK-nın bu gün keçirilən iclasında Məzahir Pənahov bildirib ki, sabahkı iclasda bu müraciətlərə baxılacaq.
MSK sədrinin müavini Rövzət Qasımov qeyd edib ki, seçki günü və növbəti günü protokol və qərar ala bilməməklə bağlı 10 nəfər müraciət edib: “Bu da 5 dairədə 12 məntəqəni əhatə edib: “Növbəti gün üçün cəmi 2 müraciət daxil olub. Bu müraciətlərin hamısı təmin edilib. Bu da rayon yerlərində müşahidəçilərin Bakıdan gəldiyini bildirərək protokolları tez tələb etməsi ilə bağlı olub. Bakıda yaşayanlar isə gecə gec saatlara qədər qalmaq istəmədikləri üçün belə hal olub”.