RU

Yasamalda obyekt sahibi yolu kəsdi: "Qaziyəm mən, əcəb edirəm" - VİDEO

Yasamal rayonunda maneə ilə üzləşən sakinlərdən biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, söhbət 117 saylı uşaq bağçasının qarşısından gedir. O bildirir ki, ərazidə yerləşən obyektin sahibi səki daşları ilə yolu zəbt edib: "Hər səhər uşağı bağçaya aparan zaman əziyyət çəkirik. Obyektin qarşısına düzülmüş bu daşları götürüb kənara tulladım. Lakin obyekt sahibi yenədə daşları ora düzür ki, maşınlar park etməsin. Hər gün bu daşları götürüb kənara atdığım üçün obyekt sahibi daha da böyük daşlar qoyub. Yolu kəsməyi azmış kimi "qaziyəm mən, ürəyin kimə istəyir get şikayət elə. Nə edirəmsə əcəb edirəm. Mənə heç kim heç nə edə bilməz" deyir. Aidiyyəti qurumlardan xahiş edirəm ki, həmin şəxslə bağlı ciddi tədbir görülsün və yola qoyduğu daşlar oradan yığışdırılsın" - deyə oxucu bildirib.

Qeyd edək ki, bu əmələ görə, İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsilə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilə bilər.

 

Könül Rauf

Избранный
115
avtosfer.az

1Источники