RU

Fransa bu ölkə vətəndaşı Teo Klerkin Azərbaycanda məruz qaldığı “açıq-aşkar ayrı-seçkilik xarakterli özbaşına rəftarı” pisləyib. “Teo Klerk metroda qraffiti çəkdiyinə görə üç il həbs cəzasına məhkum edilib. Eyni əməllərə görə onunla birgə təqsirləndirilən iki nəfər isə cərimə cəzasına məhkum ediliblər”. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin şərhində deyilir.

Tom Krerk saxlanıldlqdan sonra Fransanın Bakıdakı səfirliyi konsulluq əlaqələri haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, onun konsulluq mühafizəsini həyata keçirmək üçün Azərbaycanın səlahiyyətli orqanları ilə əlaqə saxlayıb.  Səfirliyin nümayəndələri bütün məhkəmə iclaslarında iştirak ediblər.

Fransa Xarici İşlər Nazirliyi bu ölkə vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara “məhkəmə sistemi müstəqil olmayan və ya müdafiə hüquqları baxımından heç bir təminat təqdim etməyən ölkədə əsassız həbs və ədalətsiz mühakimə olunma riski səbəbindən” xüsusi zərurət olmadan Azərbaycana səfər etməməklə bağlı xəbərdarlığını xatırladıb.

Избранный
70
turan.az

1Источники