RU

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

2024-cü il 1 sentyabr tarixində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə partiyanın rəhbərliyini və bütün üzvlərini Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycanın demokratik, hüquqi, müstəqil və firavan dövlətçiliyin inkişafı, ədalətli, azad və bərabərhüquqlu cəmiyyət quruculuğu hədəflərinə nail olmaq üçün səy göstərən Yeni Azərbaycan Partiyası son 30 ildə ölkənin siyasi sistemində mühüm aparıcı qüvvə olmuşdur. İnanırıq ki, Yeni Azərbaycan Partiyası bundan sonra da inkişaf edəcək, Azərbaycanın ictimai-siyasi həyatında öz rolunu və təsirini saxlayacaq, eyni zamanda, ölkənin regionda və dünyada mövqeyinin və nüfuzunun daha da yüksəldilməsinə öz töhfəsini verəcəkdir.

Vyetnam Kommunist Partiyası Yeni Azərbaycan Partiyası ilə əlaqələrin inkişafına hər zaman önəm verir. Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq və çoxşaxəli əməkdaşlığın təşviqinə mühüm töhfə verən partiyalararası əlaqələr Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında 2023-cü ilin noyabrında imzalanmış əməkdaşlıq sazişi əsasında daim möhkəmlənir və inkişaf edir. Ümid edirik ki, partiyalarımız Vyetnam və Azərbaycan xalqlarının mənafeyi naminə əməkdaşlığı bundan sonra da gücləndirməkdə davam edəcəklər.

Fürsətdən istifadə edərək, sizlərə möhkəm cansağlığı və şərəfli işinizdə uğurlar, Yeni Azərbaycan Partiyasına yeni nailiyyətlər, Azərbaycan xalqına xoşbəxtlik və rifah arzu edirəm.

Hörmətlə,

Le Hoay Çunq

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Katibliyinin üzvü,

Mərkəzi Komitənin Xarici əlaqələr şöbəsinin müdiri

Избранный
19
1
yeniazerbaycan.com

2Источники