RU

Rusiya Donetskdə BQXK-nin avtomobilini atəşə tutub, Komitənin üç əməkdaşı həlak olub

Rusiya ordusu Donetskdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobili atəşə tutub.

APA-nın Ukrayna mediasına istinadən xəbərinə görə, nəticədə ölən və yaralananların olduğu açıqlanıb.

Bildirilib ki, hadisə komitə əməkdaşları Verolyubovka kəndində olarkən baş verib.

Ukrayna Ombudsmanı Dmitri Lyubinets Rusiyanın artilleriya zərbələrinin BQXK-nın humanitar yük avtomobilinə tuş gəldiyini, BQXK-nın 3 əməkdaşının həlak olduğunu açıqlayıb.

Ombudsman BQXK-nın daha iki əməkdaşının yaralandığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
11
apa.az

10Источники