RU

Litva hər il Ukraynaya 190 milyon avro həcmində yardım göstərəcək

\"Hazırda Ukraynaya göstərdiyimiz dəstək 1,5 milyard avro təşkil edir ki, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 2 faizi həcmindədir”.

Bunu Litva Prezidenti Gitanas Nauseda \"X” hesabında yazıb.

Nausedanın sözlərinə görə, həmin məbləğin 647 milyon avrosu hərbi məqsədlərə yönəldilib.

Litva dövlət başçısı ölkəsinin hər il Ukraynaya ÜDM-in 0,25 faizi, başqa sözlə desək, 190 milyon avro həcmində yardım göstərəcəyini də vurğulayıb.

O, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşünü xatırladıb və bildirib ki, ölkəsi qələbəyədək Ukraynanın yanında olacaq.
 
///apa
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
2
azxeber.com

3Источники