RU

IEA: 2024-2025-ci illərdə qlobal neft hasilatında sabit artım gözlənilir

2024-cü ilin avqust ayında qlobal neft tədarükü gündəlik 80 min barel artaraq 103,5 milyon barelə çatıb.

Fins.az-ın məlumata görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında qeyd edilib.

Hesabata əsasən, Liviyada siyasi münaqişələr və Norveç, Qazaxıstanda texniki xidmət işlərinin tədarüklərdə fasilələr yaratmasına baxmayaraq, Guyana, Braziliya və digər ölkələrdən neft tədarükünün artması bu boşluğu kompensasiya edib.

Hesabatda xüsusi olaraq Liviyaya diqqət yetirilib. Bu ölkədə neft hasilatı iyulda qeydə alınmış 1,2 milyon bareldən avqustda 500 min barelə qədər azalıb. Sentyabrda Liviyanın hasilatı qlobal tədarüklərə daha ciddi təsir göstərib.

IEA analitikləri 2024-cü ildə qlobal neft tədarükünün gündəlik 660 min barel artaraq 102,9 milyon barelə çatacağını, 2025-ci ildə isə bu rəqəmin gündəlik 105 milyon barel olacağını proqnozlaşdırır. OPEC+ üzvü olmayan ölkələr gündəlik hasilatı 1,5 milyon barel artırarkən, OPEC+ ölkələri isə könüllü azalmaların davam etdiyi halda gələn il hasilatı 810 min barel azalda bilər.

IEA-nın proqnozlarına görə, qlobal neft ehtiyatları 2025-ci ildə gündəlik orta hesabla 1,1 milyon barel artacaq.

Fuad Mədətov
Fins.az

Избранный
75
2
fins.az

4Источники