RU

Putin: Rusiya öz dəyərlərini heç kimə tətbiq etmir

Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya heç kimə dəyərlər tətbiq etmir, ancaq özünün dəyərlərini dəstəkləyir.Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.Agentliyin məlumatına görə, Rusiya lideri Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumunda Moskvanın əsas dəyərlər məsələsində mövqeyindən danışıb .“Biz heç bir başqa dəyərlərə qarşı mübarizə aparmırıq, öz dəyərlərimizi dəstəkləyirik. Yeri gəlmişkən, bizim rəqiblərimizlə yanaşmalarımızdakı fərq budur”, – Putin vurğulayıb .Sentyabrın 11-dən 14-dək Birləşmiş Mədəniyyətlərin X Sankt-Peterburq Beynəlxalq Forumu keçirilir.Nuranə Məmmədova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
elchi.az

1Источники