Yayımlandı: 12 Sentyabr 2024 20:12 ABŞ-ın oktyabr üçün xam neft fyuçersləri 1 dollar və ya 1,5 faiz artaraq 68,31 dollar olub Dünya bazarında neftin qiyməti sentyabrın 12-də 1 faizdən çox artıb. Səbəb Francine qasırğasının ABŞ hasilatına təsirindən narahatlıqdır. Brent markalı neftin noyabr fyuçersləri 94 sent və ya 1,3 faiz artaraq barel üçün 71,55 dollar olub. ABŞ-ın oktyabr üçün xam neft fyuçersləri 1 dollar və ya 1,5 faiz artaraq 68,31 dollar olub.Bir gün əvvəl ABŞ-ın Meksika körfəzindəki dəniz platformaları bağlanıb və Francine qasırğası Luiziana ştatının cənubuna enib. Nəticədə sahilyanı neft emalı zavodunun fəaliyyəti dayanıb.UBS analitikləri bildirir ki, “Fransina qasırğası, ehtimal ki, ABŞ-ın təxminən 1,5 milyon barel neft hasilatına mənfi təsir edib”. Onlar Brent markalı neftin növbəti aylarda yenidən 80 dollara qalxacağını gözləyirlər. Çərşənbə günü Enerji İnformasiya Administrasiyası (EIA) bildirib ki, ABŞ-ın neft ehtiyatları keçən həftə xam neft idxalının artması və ixracın azalması səbəbindən bütün miqyasda artıb. Meydan TV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта