RU

Məşhur musiqiçi Con Bon Covi intihara cəhd edən qadını fikrindən daşındırıb

Məşhur musiqiçi Con Bon Covi intihara cəhd edən qadını fikrindən daşındırıb

Məşhur amerikalı musiqiçi Con Bon Covi ABŞ-ın Tennessi ştatında körpüdə intihara cəhd edən qadını hərəkətindən əl çəkməyə razı salıb.Neşvil polisi video çəkmək üçün körpüdə olduğu düşünülən Covinin intihara cəhd edən qadını razı saldığı anların görüntülərini yayımlayıb.Görüntülərdə Covi və yanındakı qadının Tennessi ştatının Neşvil şəhərində piyadalar üçün açıq olan Con Seigenthaler körpüsünün məhəccərlərində dayanan qadına yaxınlaşaraq onunla qısaca söhbət etdikləri qeyd edilib.Maraqlıdır ki, bu çıxışdan sonra qadın məhəccərləri tərk edərək Covini qucaqlayaraq hadisə yerindən uzaqlaşıb.Neşvil polisinin X hesabında edilən paylaşımda Covi və komandası qadını razı saldıqları üçün təriflənib.Mənbə: AA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
1
afn.az

2Источники