RU

Hərbi Prokurorluğun və MN-in birgə keçirdiyi maarifləndirmə tədbirləri davam edir - FOTO

Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları N saylı hərbi hissənin şəxsi heyətinin hüquqi maarifləndirilməsi istiqamətində birgə tədbir keçirib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Titul.az-a verilən məlumata görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçiləri, baş ədliyyə müşaviri Firad Əliyev, ədliyyə müşaviri İsmayıl Əliyev, Tərtər hərbi prokuroru, ədliyyə polkovniki Emin Vəliyev, eləcə də digər şəxslər hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar ediblər. Ardınca şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.

 

Избранный
73
16
titul.az

10Источники