RU

Ronaldo: “Haqlı və ya haqsız olduğumu sübut etməyəcəm”

“Mançester Yunayted”in keçmiş hücumçusu Kriştiano Ronaldo baş məşqçi Erik ten Haqla münaqişəyə görə 2022-ci ilin noyabrında komandadan ikinci gedişindən danışıb.Komanda.az “Center Devils”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu haqlı və ya haqsız olduğunu sübut etməyəcəyini bildirib:“Haqlı və ya haqsız olduğumu sübut etməyəcəm, bu, artıq mənim problemim deyil. Mən ancaq deməli olduğumu deyirəm. Mənim üçün hər şey bitdi”.Ronaldo bu yaxınlarda bir daha Ten Haqı tənqid edərək deyib ki, “Mançester Yunayted”in baş məşqçisi klubun Premyer Liqa və Çempionlar Liqasını qazanmağa qadir olmadığını deyə bilməz.“Qırmızı şeytanlar” jurnalist Pirs Morqanla qalmaqallı müsahibədən sonra 39 yaşlı forvardla müqaviləni pozmuşdu.Ronaldo hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.

Избранный
127
komanda.az

1Источники