RU

Markus Türam - A Seriyasında avqustun ən yaxşı oyunçusu!

“İnter”in fransalı mərkəz hücumçusu Markus Türam İtaliya A Seriyasında avqust ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə İtaliya A Seriyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Türam ötən ay A Seriyasında parlaq çıxışı ilə yadda qalıb. O, 3 oyunda rəqib qapılarından 4 top keçirməyə nail olub. Mövsümə “Cenoa” ilə oyundakı dublla start verən fransalı futbolçu “Leççe” ilə görüşdə penalti qazanıb, hansı ki, həmin 11 metrlik zərbəni Hakan Çalhanoğlu dəqiq tamamlayıb. “Atalanta” ilə oyun da Türam üçün uğurlu alınıb. Oyuna avtoqolla başlayan hücumçu bunun əvəzini dubla imza atmaqla çıxıb.

Xatırladaq ki, Türam 2023-cü ilin yay transfer pəncərəsində Mönxenlqadbax “Borussiya”sından azad agent qismində “İnter”ə keçib. Türamın “İnter”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə fransalı hücumçu “neradzurri”nin heyətində 3 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Türamın “İnter” karyerası bütövlükdə 49 oyun, 19 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

Markus Türamın qənimətlər muzeyində İtaliya Super Kuboku (2023/2024) və İtaliya A Seriyası çempionluğu (2023/2024) var.

Markus Türam 2020-ci ilin noyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 26 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib. Markus “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.

“Transferemarkt” intermet-portalı 27 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Markus Türam Fransa yığmasnın heyətində DÇ-98-in qalibi olmuş Lilian Türamın oğlu və “Yuventus”un yarımmüdafiəçisi Xefren Türamın böyük qardaşıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
arena.az

1Источники