RU

“Nəticəyə görə gəlməyən azarkeşlər gəlməsə, yaxşıdı”

2023/24 mövsümündə premyer-liqada sonuncu yeri tutan "Qəbələ" yeni mövsümə 1-ci liqada başlayacaq. "Qırmızı-qaralar" ilk matçını sabah "Zaqatala"ya qarşı keçirəcək.

“Football-plus.az” “Qəbələ”nin əsas fanklubu olan "Red Black Army"nin rəhbəri Cavad Şərifli ilə əlaqə saxlayaraq, yeni mövsümlə bağlı planları ilə maraqlanıb:

"Biz komandaya yenə dəstək olacağıq. Harda oynamasından asılı olmayaraq, "Qəbələ" adına, loqosuna görə heç bir təmənna güdmədən komandanın yanında olmuşuq. Ötən il bilirdik ki, liqadan düşəcəyik, amma son oyuna qədər dəstək olduq. İndi də eyni qaydada davam edəcəyik. Ümid edirik ki, hamımız birləşib yenidən elitaya qayıdacağıq."Qəbələ"ni sevənlər yenə stadionlara gəlib dəstək olacağıq. Nəticəyə görə gəlməyən azarkeşlər gəlməsə, daha yaxşıdı. İnanıram ki, sabah stadionda yetərincə azarkeş olacaq. İnşallah, komandamız mövsümə yaxşı başlayacaq".


AKİF ƏHMƏDOV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
football-plus.az

1Источники