RU

İordan çayının qərb sahilində öldürülən Eyginin cənazəsi Bakıdan İstanbula yola salındı - FOTO

İordan çayının qərb sahilində dinc nümayiş zamanı İsrail əsgərləri tərəfindən öldürülən türk əsilli Amerika vətəndaşı Ayşenur Ezgi Eyginin cənazəsi Təl-Əvivdən Bakıya gətirilib.

Bakıvaxtı.az “Anadolu”ya istinadla xəbər verir ki, Eyginin cənazəsini Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və səfirliyin əməkdaşları qarşılayıblar.

Bakıda Türkiyə bayrağına bükülmüş cənazə THY-nin təyyarəsilə Türkiyəyə yola salınıb.

Qeyd edək ki, fələstinlilərə dəstək nümayişinə qatılan A.Eygi başından güllə yarası alaraq ağır yaralanıb. Fələstin xəstəxanasına aparılan Eygini edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Murad Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
37
bakivaxti.az

1Источники