RU

ABŞ İrəvana qrantı ikiqat artırdı: Səbəb Tiflis və Zəngəzurdur - Görünəni odur ki...

USAİD-in Ermənistana ayırdığı qrantın kəskin artması Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbulundan sonra Qərbin maraqlarına xidmət edən Gürcüstan fondlarının bir hissəsinin Ermənistana köçməsi ilə bağlı ola bilər.Axar.az xəbər verir ki, bu fikirləri politoloq Stepan Danielyan erməni mediasına açıqlamasında deyib.O bildirib ki, Ermənistana köçən QHT-lərin bundan sonra da Gürcüstandakı proseslərə xidmət göstərəcəyi istisna deyil:“Maliyyələşdirmənin artması Ermənistanda mövcud geosiyasi transformasiyaların məntiqinə marağın artdığını göstərir. Gürcüstanda qərbyönlü fondlar azalır və Ermənistana köçürülür. Ola bilsin ki, onlardan bəziləri Gürcüstana xidmət edəcək və ümumiyyətlə, bu, kifayət qədər effektiv işləyən Amerika “yumşaq gücünün” növbəti təzahürüdür”.Onun fikrincə, Amerika qrantlarının artmasının ikinci səbəbi Ermənistanda “beyin mərkəzləri”nin və təhsil proqramlarının olmamasıdır. Birləşmiş Ştatlar bu boşluğu təbii olaraq öz maraqlarına əsaslanaraq, ideologiyasını və dəyərlərini təbliğ etməklə doldurur.ABŞ-ın maraqlarına gəlincə, politoloq hesab edir ki, onlar hazırda Zəngəzur ətrafında baş verənlərlə, daha doğrusu, Ermənistanın cənubunda geosiyasi proseslərin inkişaf etdiyi kommunikasiyalarla bağlıdır. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və İranın proseslərə müdaxilə imkanlarını məhdudlaşdırmaq üçün Türkiyə, Ermənistan və Azərbaycan üzərindən Orta Asiyaya gedən kommunikasiyaların açılması zəruriliyini dəfələrlə bəyan ediblər, çünki gələcəkdə bu yollar hərbi əhəmiyyət kəsb edə bilər.Ekspertin fikrincə, Türkiyənin regionda Rusiyanı əvəz etməsi, o cümlədən Rusiya bazarının Türkiyə ilə əvəzlənməsi ABŞ üçün vacibdir. Məsələn, Ermənistan qaz, neft və digər mühüm malları Rusiyadan deyil, Türkiyə və Azərbaycandan Türkiyə kommunikasiyaları vasitəsilə alsın:“Təbii ki, bunun üçün Ermənistanda müsbət ictimai rəyin formalaşdırılması və seçkilər nəticəsində parlamentdə müvafiq oriyentasiyaya malik fraksiyaların yaradılması çox vacibdir. Qərbin də bu məsələdə zəngin təcrübəsi var”.Xatırladaq ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana əlavə olaraq 130 milyon dollar ayıracaq və bununla da ümumi qrant məbləği 250 milyon dollara çatdırılacaq.

Избранный
113
3
dia-az.info

10Источники