Saatlı rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, rayon sakini Elşən Əskərov idarə etdiyi “VAZ” markalı avtomobillə 2 yaşlı oğlu Sənanı vurub.
Belə ki, 1992-ci il təvəllüdlü E.Əskərov sürücülük hüququ olmadan idarə etdiyi maşınla yaşadığı evin həyətindən çıxmaq istəyib. Lakin avtomobili arxaya doğru sürərkən övladı maşının altında qalıb. Azyaşlı hadisə yerində ölüb.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта