RU

Pompeydə “Böyük Yeddiliyin” mədəniyyət sammiti təşkil olunacaq

İtaliya “Böyük Yeddiliyə” (G7) sədrliyi çərçivəsində Pompey şəhərində bu ölkələrin mədəniyyət sammiti keçiriləcək.



NUHÇIXAN xəbər verir ki, G7 ölkələrinin nümayəndə heyətləri sentyabrın 20-də Pompeydə arxeoloji qazıntı ərazilərinə baş çəkəcək, konsert proqramı təşkil olunacaq. Tədbirlərlə bağlı şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Xatırladaq ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi Roma imperiyasının Pompey şəhərinin kül altında qalmasına və iki minədək insanın ölümünə səbəb olub. Neapol şəhərinin cənubundakı Pompey Arxeoloji Parkı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Pompey İtaliyanın ikinci ən çox ziyarət edilən turizm bölgəsidir.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Избранный
27
4
nuhcixan.az

5Источники