RU

DYP "Formula 1 Azərbaycan Qran-Prisi"nə görə vətəndaşlara çağırış edib

Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Bu gün Bakının sayca səkkizinci dəfə ev sahibliyi edəcəyi "Formula 1 Azərbaycan Qran-Prisi"nə start veriləcək.

Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi Toğrul Nəsirli "Operativ Media"ya bildirib ki, "Formula 1 Azərbaycan Qran-Prisi" ilə bağlı paytaxt ərazisində gücləndirilmiş iş rejiminə keçilib:

""Formula 1 Azərbaycan Qran-Prisi"nə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulub. Həmin küçə və prospektlərin giriş və çıxışında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən gücləndirilmiş xidmət təşkil olunub. Əsas məqsəd hərəkət istirakçılarının təhlükəsizliyinin təmin olunması, yarana biləcək sıxlığın, eləcə də baş verə biləcək xoşagəlməz hadisələrinin qarşısının alınması istiqamətində DYP tərəfindən nəzarət profilaktik tədbirləri həyata keçirilir".

Bakı Şəhər DYP idarəsi vətəndaşlardan yarışın keçiriləcəyi müddət ərzində mümkün qədər şəxsi minik avtomobillərindən az istifadə etmələrini xahiş edib:

"Sürücülərdən xahiş olunur ki, yarışın keçiriləcəyi müddət ərzində mümkün qədər şəxsi minik avtomobillərindən az istifadə etsinlər. Vətəndaşlardan şəhərin mərkəzinə doğru hərəkət edərkən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur”.

Qeyd edək ki, yarışın ilk günündə "Formula 1" və "Formula 2" üzrə sərbəst yürüş və sıralama turu təşkil olunacaq. Sentyabrın 14-də "Formula 1" üzrə sərbəst yürüş və sıralama turu, "Formula 2" üzrə sprint yarışı keçiriləcək. Nəhayət, sonuncu gün - ayın 15-də əsas yarış baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
operativmedia.az

1Источники