RU

Reuters-in sorğusu: Harris debatdan sonra Tramp üzərində üstünlüyünü artırır...

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçkilərinə iki aydan az qalmış Respublikaçı Donald Trampı beş faiz bəndi qabaqlayır...

Poliqon xəbər verir ki, bunu Reuters/Ipsos sorğusu sübut edir. Son sorğuya əsasən Harris 47 faiz, Tramp isə 42 faizseçicilərin rəğbətini qazanır.

Respondentlərin əksəriyyətinin fikrincə, Harris qalib gəldiyi prezident debatından sonra reytinqlərdə Tramp üzərində liderliyini gücləndirib.

Əvvəlki Reuters/Ipsos sorğusunda Demokrat vitse-prezident rəqibindən 4 xal üstün idi. İndi isə bu fərq 5 bəndə qədər artıb.

Son sorğuya görə prezidentliyə namizədlərin debatları haqqında heç olmasa nəsə eşitdiklərini ifadə edən seçicilərin 53%-i Harrisin, 24%-i isə Trampın qalib gəldiyini bildirib.

Bundan əlavə, Reuters/Ipsos respondentlərinin təxminən 52%-i Trampın büdrədiyini və debatda inandırıcı görünmədiyini, yalnız 21%-i isə Harris haqqında eyni fikirdə olduğunu bildirib.

Reuters xatırladır ki, ümummilli sorğular ABŞ seçicilərinin fikirləri ilə bağlı mühüm siqnallar verir, lakin hər bir ştatda seçkinin qalibini müəyyən edən səsvermənin nəticələridir.

Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
1
poliqon.info

2Источники