RU

Mozaikaları ilə məşhur Artemis hamamı ziyarətə açılır

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsi tərəfindən təsdiqlənən layihədə qazıntıları başa çatan hamam üçün mühafizə damı tikiləcək. Ziyarətçilərin tarixi abidə ilə rahat tanış olmaları üçün tur marşrutu yaradılacaq.

Hafta.az-ın yazdığına görə, müxtəlif illərdə hamamda tapıldıqdan sonra Hatay Arxeologiya Muzeyinə aparılan 3 mozaika pannosunun (əsərin surətini çıxararaq) reproduksiyaları hazırlandıqdan sonra orijinal yerində sərgilənəcək.

Hatay Mustafa Kamal Universiteti Arxeologiya bölümünün doktoru Banu Özdilək bildiirb ki, tur marşrutu və qoruyucu dam layihəsinin icrasına artıq başlanılıb. Özdilək, qadınlar tərəfindən hazırlanmış mozaikaların sadiq nüsxələrinin ziyarətçilərə təqdim ediləcəyini ifadə edərək, “Rayonumuzdakı qadınlara bu mövzuda təlim keçəcəyik. Həm qədim ənənə yaşatılacaq, həm də rayon inkişaf etdiriləcək” deyib.

Hamamın ziyarətçilərə açılmasının əhəmiyyətinə toxunan Özdilək, "Layihə Hatay və Ərzin turizmi üçün çox əhəmiyyətli inkişaf olacaq. Epifaneia Antik Şəhər komandası olaraq ilk hamamla işə başlayacağıq. Bu, bir cazibə mərkəzi, cazibə nöqtəsi olmaq unikaldır və çox yaxşı qorunur. Biz burada mozaikaları yenidən nümayiş etdirməyi hədəfləyirik" deyə bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
hafta.az

1Источники