RU

Kolumbiya prezidenti: Göstəriş verilib, məni aradan götürmək istəyirlər...

Kolumbiya prezidenti Qustavo Petro ölkədə onu aradan götürmək və ya vəzifəsindən uzaqlaşdırmaq məqsədi ilə dövlət çevrilişi hazırlandığını bildirib...

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti" Agentliyi məlumat yayıb.

"Artıq göstəriş verilib: yaxın üç ayda prezident vəzifədən kənarlaşdırılmalı və ya aradan götürülməlidir", deyə Petro bildirib.

Ölkə prezidenti çevrilişin "Kolumbiya üslubunda" hazırlandığını deyib. Petro ölkə konstitusiyasının Kolumbiya liderinin toxunulmaz olduğunu bildirən maddəsinə baxmayaraq, onu devirməyə çalışdıqlarını qeyd edib.

Bu bəyanatlar siyasətçinin prezidentlik kampaniyasının maliyyə mənbələri ilə bağlı araşdırma fonunda verilib. Petro deyib ki, o, qanunsuz orqan tərəfindən mühakimə olunur.

Bu arada, Xarici İşlər Nazirliyi bildirib ki, Kolumbiya hökuməti diplomatik kanallar vasitəsilə öz vətəndaşlarının Ukrayna və digər ölkələrdəki münaqişəyə cəlb olunmasının qarşısını almağa çalışır.

Nazirliyin məlumatına görə, üç kolumbiyalı Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak edib və Rusiyada muzdluluq ittihamı ilə saxlanılıb. Kolumbiya Rusiya və Venesuela Xarici İşlər Nazirliklərinə diplomatik notalar göndərərək, məhbusların yeri və vəziyyəti barədə məlumat istəyib.

Avqust ayında FSB Kolumbiya vətəndaşlarının saxlandığını elan etmişdi ki, axtarış zamanı onların üzərində Ukraynanın "Karpat Siç batalyonunun simvolları olan sənədlər və hərbi geyimlər aşkar edilib. El Tiempo daha sonra yazıb ki, məhbuslar Ukrayna ordusunun geyimində göründükdən sonra Venesuela hakimiyyəti tərəfindən Rusiyaya təhvil verilib.

Poliqon.info

Избранный
99
poliqon.info

1Источники