RU

"Ermənistanın daxilində görünməyən oyunçular var" - Hərbi ekspertdən ŞƏRH

"Bizim bu gün Zəngəzur dəhlizi ilə bağlı məsələmizi problemə salan Ermənistanla Rusiya arasında olan gərginlikdir."

Hərbi ekspert Üzeyir Cəfərov bunu News365.az-a açıqlamasında deyib.

"Nikol Paşinyan sözün hər mənasında ordusuna əmin deyil.  Ermənistan ordusunda da çox böyük problemlər var. Həm zərbə almış ordudur, həm nizam-intizam aşağı səviyyədədir. Erməni mentalitetinə aid olan bəzi xoşagəlməz hadisələr var. Demək olar ki, biz hər həftə Ermənistan ordusu ilə bağlı hansısa bir hadisələri eşidirik.  Ermənistanın bizə hədə-qorxu gələn müdafiə naziri David Kamayan, hansı ki indi həbsdədir. Ermənistanın daxilin görünməyən oyunçular var. Biz onları görürük, hiss edirik, dəstəklərini də bilirik. 21 əsrdə yaşayırıq və belə məlumatlar müəyyən platformalar vasitəsilə sızır. Bizim bu gün Zəngəzur dəhlizi ilə bağlı məsələmizi problemə salan Ermənistanla Rusiya arasında olan gərginlikdir. Azərbaycan isəyir ki, məsələ tez bir zamanda öz həllini tapsın."- deyə fikirlərini bildirib. 

Vəfa Vəliyeva, News365.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
news365.az

1Источники