RU

"Bu oyunu özüm üçün prinsipial saymıram" - Orxan Əliyev

Misli Premyer Liqasının 6-cı turunun açılış matçında "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olacaq. Naxçıvanlılar bu gün "Liv Bona Dea Arena"da reallaşacaq qarşılaşmadan 3 xalla ayrılmağı hədəfləyiblərsə, Gəncə komandası evə məğlub dönmək istəmir. Bu yay Naxçıvan təmsilçisini "Kəpəz"ə dəyişən Orxan Əliyevlə əlaqə saxlayıb matç barədə fikirlərini soruşduq.

29 yaşlı hücumçunun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyuna yaxşı hazırlaşmışıq. Komandada ab-hava qaydasındadı. Qələbə üçün hər şey etməyə çalışacağıq. 

Bu oyunu özüm üçün prinsipial saymıram. Prinsipial heç nə yoxdur. Futboldur, bu gün burdasan, sabah başqa yerdə ola bilərsən. Yaxşı rəqibə qarşı oynayacağıq. İşimiz budur".

Qeyd edək ki, "Araz-Naxçıvan" - "Kəpəz" görüşü 19:30-da başlayacaq.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
fanat.az

1Источники