RU

“Mən qalib gəldim” - Tramp məğlubiyyəti qəbul etmədi

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının 2024-cü il prezident seçkilərində namizədi Donald Tramp vitse-prezident Kamala Harrislə yeni debat proqramında iştirak etməyəcəyini açıqlayıb.

Öz sosial media platforması “Truth Social”-da paylaşdığı yazılı açıqlamada Tramp, 10 sentyabrda “ABC News”-da canlı yayımda Harrislə etdiyi debatdan sonra Demokratik Partiya rəhbərliyi ilə üçüncü görüşü qəbul etməyəcəyini bildirib.

“Bir boksçu döyüşdə uduzanda ağzından çıxan ilk söz “mən cavab görüşü istəyirəm” olur. Sorğular açıq-aydın göstərir ki, mən çərşənbə axşamı gecəsi Kamala Harrisə qarşı debatda qalib gəldim. Bundan sonra o, məni dərhal ikinci debata çağırdı”.

Tramp daha sonra ABŞ Prezidenti Co Bayden və K. Harrisi “milyonlarla cinayətkarın ABŞ-yə gəlməsinə şərait yaratmaqda günahlanıdırıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
azpolitika.info

1Источники