RU

Qəzzada 559 min uşaq poliomielit əleyhinə peyvənd edilib

Bir neçə gün davam edən peyvənd kampaniyası zamanı 559 min uşaq iflic xəstəliyinə qarşı peyvənd edilib...

Poliqon xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərindəki fəaliyyətlərinin əlaqələndirilməsi idarəsi məlumat yayıb.

“Kampaniya zamanı Qəzza zolağının hər yerində 559 min uşaq peyvənd edilib”, deyə məlumatda bildirilir. İdarənin məlumatına görə, son 24 saat ərzində anklavın şimalında 6,4 minə yaxın uşaq peyvənd olunub.

Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu və Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İşlər Agentliyinin koordinasiya etdiyi Qəzza zolağında uşaqlar üçün poliomielit əleyhinə peyvənd kampaniyası sentyabrın 1-də başlayıb.

Poliqon.info

Избранный
133
poliqon.info

1Источники