RU

Cennifer Lopez 55 milyonluq malikanə alır

Cennifer Lopez Los-Ancelesdə “Sean Diddy Combs”-un malikanəsinin yanında yerləşən 55 milyon dollarlıq dəbdəbəli malikanəni almaq üçün danışıqlar aparır.

“Cebheinfo.az” TMZ-a istinadən xəbər verir ki, müğənni və aktrisa vaxtilə BCBG-nin mərhum qurucusu Maks Azriaya məxsus olan 30 000 kvadrat metrlik mülklə bağlı sövdələşməni bağlamağa yaxındır. Mənbələrə görə, Lopez qiyməti 30 milyon dollardan 39 milyon dollara endirməyə çalışır.

Holmby Hills ərazisində yerləşən bu mülk may ayında hərraca çıxarılıb və 30 milyon dollar təkliflə milyarder investor Ron Burkle qalib gəlib. Bununla belə, Burkle Azrianın dul arvadı Lyubov Azriaya qarşı müqavilənin pozulması iddiası ilə məhkəməyə müraciət edib. 

55 yaşlı Lopez indi evin yeni sahibi olmaq üçün 71 yaşlı Burkle və 56 yaşlı Lyubovla danışıqlar aparmağa çalışır.

Köşkdə 14 yataq otağı, konservatoriya, qonaq evi, saunalı hovuz, ev kinoteatrı və oyun otağı var.

Müğənni may ayında “Netflix”-də premyerası olan "Atlas" filmi üçün Azria malikanəsində səhnələr çəkib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
2
cebheinfo.az

3Источники