RU

Yaponiya və Ermənistan arasında nə baş verir?

Tokioya işgüzar səfəri çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yaponiya hökumətinin milli təhlükəsizlik üzrə müşaviri Akiba Takeo ilə rəsmi görüş keçirib, işgüzar nahar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.

Həmsöhbətlər regional və qeyri-regional təhlükəsizlik vəziyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıb və İrəvanın nəqliyyat dəhlizləri ilə əlaqədar “Sülh qovşağı” layihəsinə toxunublar.

Tərəflər Ermənistan və Yaponiya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişaf perspektivlərini də müzakirə ediblər.

Armen Qriqoryan sentyabrın 10-dan Yaponiyadadır. O, səfərin ilk günündə Tokioda keçirilən “Cənubi Qafqazın regional təhlükəsizliyi və Sülh qovşağı layihəsi” adlı diplomatik dəyirmi masada iştirak edib. Müzakirələrdə Cənubi Qafqazın regional təhlükəsizlik vəziyyəti və Ermənistan-Azərbaycan sülh danışıqlarına toxunulub.

Tədbirdə Ermənistan və Yaponiyanın ikitərəfli gündəliyin hazırlanması barədə məlumat verilib. Qriqoryan bunun Ermənistanın təhlükəsizliyi və xarici siyasətinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib. Həmçinin Tokionun “Sülh qovşağı” projesində iştirakı vurğulanıb.

Ermənistan Təhlükəsizlik Şurası rəhbərinin hansı məqsədlə Tokioya getdiyi və bu günlər ərzində tərəflər arasında hansı anlaşmaların əldə edilməsi barədə təfərrüatlı məlumat yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
95
teleqraf.com

1Источники