RU

Nüfuzlu qurumdan manatının məzənnəsi ilə bağlı proqnoz – “2029-cu ilə qədər”

Azərbaycan manatının məzənnəsi 2029-cu ilə qədər sabit qalacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Economist Group”-un tədqiqat və analitik bölməsi olan “Economist Intelligence Unit”(EIU)-nin proqnozunda deyilir.

Nüfuzlu qurum hesab edir ki, Azərbaycan Mərkəzi Bankının 2024-2028-ci illərdə əsas prioriteti böyük həcmdə valyuta ehtiyatları nəzərə alınmaqla manatın məzənnəsinin sabit saxlanılmasıdır.

Qeyd edək ki, bir çox tanınmış azərbaycanlı iqtisadçılar yaxın illərdə, hətta bəziləri gələn il manatın devalvasiya ehtimalını yüksək qiymətləndirirlər.

“AzPolitika.info”

Избранный
80
7
azpolitika.info

9Источники