RU

Qəhrəman şəhidimiz Siyahim Dəmirovun doğum günüdür

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kiçik giziri olan Siyahim Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2009-2010-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olub, 2013-cü ildən etibarən isə müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət etməyə başlayıb. 2016-cı ilin "Aprel" döyüşlərinin də iştirakçısı olan Siyahim Dəmirov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb və oktyabrın 29-da Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Siyahim Dəmirov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Şücaətə görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
qht.az

1Источники