RU

8 ayda ölkədə yaşıl enerji istehsalı artıb -ƏLAVƏ OLUNUB

2024-cü ilin 8 ayı üzrə elektrik enerjisi göstəricilərinə dair operativ məlumatlara əsasən yanvar-avqust aylarında respublikada elektrik enerjisinin istehsalı 19 235,4 mln. kVt·st olub.

Energetika Nazirliyindən "İki sahil"ə verilən məlumata görə, 8 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 16 463,6 mln. kVt·st, SES-lərdə 2 138,4 mln. kVt·st, digər mənbələr üzrə isə 633,4 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 37,9 mln. kVt·st, günəş elektrik stansiyalarında 424,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 171,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 531,1 mln. kVt·st) nisbətən 1 240,7 mln. kVt·st artaraq 2 771,8 mln. kVt·st təşkil edib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 16 975,0 mln. kVt·st (İES-lərdə 14 989,0 mln. kVt·st, SES-lərdə 1 986,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 334,5 mln. kVt·st (İES-lərdə 151,7 mln. kVt·st, SES-lərdə 139,7 mln. kVt·st, Günəş ES-də 43,1 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 28,5 mln. kVt·st,  müstəqil elektrik stansiyaları üzrə isə 1 897,4 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 858,9 mln. kVt·st, idxalı isə 125,5 mln. kVt·st olub.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 966,3 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 338,0 mln. kVt·st, idxalı isə 13,4 mln. kVt·st təşkil edib.

***

Bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 19 235,4 mln. kVt-saat elektrik enerjisi istehsal olunub.

“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, hesabat dövründə ölkə üzrə elektrik enerjisinin ixracı 858,9 mln. kVt-saat, idxal isə 125,5 mln. kVt-saat təşkil edib.

“Ötən ilin müvafiq dövrü ilə müqayisədə su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən 2 dəfədən çox artımla 2771.8 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə bu dövrdə elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 14% olub”-paylaşımda bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
4
ikisahil.az

5Источники