Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş növbəti Kollegiya iclasında “Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə edilib.
XALQ.AZ xəbər verir ki, bu barədə Palatadan bildirilib.
Müzakirələrin nəticəsinə əsasən auditor hesabatının təsdiq olunmasına, maliyyə uçotu, vergi öhdəliklərinin icrası, eləcə də dövlət əmlakının uçotu sahəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə qurum tərəfindən zəruri işlərin görülməsinə, habelə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.