Əməkdar artist Lalə Məmmədova bir neçə gün əvvəl qatıldığı toyda fonoqram oxuduğu üçün ev sahibləri tərəfindən şiddətə məruz qalan müğənni Kərim Abasova dəstək olub.
News365.az xəbər verir ki, sənətçi Kərimi döyənləri tənqid edib:
"Fonoqramı qonşumuz, xalamız qızı, əmimiz nəvəsi oxumayıb ki... Öz səsimiz, nəfəsimizdir. Belə mədəniyyətsizlik, tərbiyəsizlik hamımızın başına gələ bilər. Gücləri sənətçiyə çatır. Həyat bumeranqdır, nə ediriksə, həyat hamısını qarşımıza çıxarır. Sən zəhmətinlə qazanan oğulsan Kərim, hamımız bunu bilirik, sənin yanındayıq".
Qeyd edək ki, DİN-in Mətbuat Xidməti məsələ ilə bağlı açıqlama verib. Bildirilib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb. Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.